
Rusiyanın “Alaniya” klubu baş məşqçi axtarışına çıxıb.
Sportliqa.az xəbər verir ki, Vladiqafqaz təmsilçisi “Sabah”ın çalışdırıcısı Murad Musayevlə maraqlanır. Hazırda birinci divizionun iddialılarından olan klub Masazır təmsilçisinin baş məşqçisini bu posta gətirməyi planlaşdırır. Amma danışıqların baş tutub-tutmaması haqda heç bir məlumat yoxdur.
Onların digər namizədi isə “Akron”un keçmiş baş məşqçisi Yevgeni Kaleşindir.
Son olaraq, Vladiqafqaz komandasına Oleq Vasilenko başçılıq edirdi. Komanda birinci liqada 6-cı pillədədir.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması