
“Sumqayıt”ın futbolçusu Murad Xaçayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Sportliqa.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının XVI turuna təsadüf edib.
25 yaşlı müdafiəçi “Qarabağ”la ev görüşündə şans qazanıb. 100 oyunda 6 qol vuran Xaçayev yalnız “Sumqayıt”da forma geyinib.
Onun debütü 2018/19 mövsümünə təsadüf edib. Murad 2018-ci il avqustun 18-də, “Neftçi” ilə ev matçında (0:2) meydana çıxıb.
Qeyd edək ki, “Sumqayıt” bu oyunda 1:6 hesabı ilə uduzub.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması