“Neftçi”nin baş məşqçisi Adrian Mutu ölkəsi Rumıniyanın “Gazeta Sporturilor” nəşrinə müsahibə verib.
Sportliqa.az xəbər verir ki, 44 yaşlı mütəxəssis komandanın durumundan və gələcək planlarından danışıb.
- “Neftçi”ni ilk “üçlüy”ə yüksəltdikdən sonra vəziyyət necədir?
- Bir aydır məğlubiyyətsizik, komanda daha yaxşıdır. Azərbaycanın böyük klubu olan “Neftçi”də həmişə təzyiq var. Dünya nəticə gözləyir.
- Mənəvi cəhətdən güclüsünüz?
- Bəli. Niyə soruşursunuz?
- Son qələbənin ardından azərbaycanlı jurnalistlərin sizə qayğısı yoxdur…
- Yaxşıyam, müqavimət göstərə bilərəm.
- Növbəti turda sizi lider “Qarabağ”la derbi gözləyir. Hansı hissləri keçirirsiniz?
- Son 10 ildə ənənə halını alan derbidir. “Qarabağ” axır 10-15 ildə çox inkişaf edib. Bizi çox ağır oyun gözləyir. “Qarabağ” yaxşı komandadır, bunu Avropa Liqasının qrup mərhələsində sübut edib. İndi də Avropa baharı üçün mübarizə aparır. Çempionlar Liqasında çıxış edib, keyfiyyəti yüksəkdir.
- Hər dəfə Liqa 1-in ən güclü komandalarında məşqçi problemi olanda adınız potensial əvəzedici kimi gündəmə gəlir. ÇFR-in sizinlə maraqlanması xəbəri nə dərəcədə doğrudur?
- Mənimlə heç kim əlaqə saxlamayıb. Uzun illərdir ÇFR-də haqqımda danışılır. Həqiqət olmayan məsələyə münasibət bildirəcək heç nə yoxdur.
- Nə vaxtsa Rumıniya çempionatına qayıtmağı düşünmüsünüz?
- Məni indi yalnız “Neftçi”nin uğuru maraqlandırır. Ona görə də diqqətimi yüz faiz komanda ilə görəcəyim işlərə yönəltmişəm. Gələcəklə bağlı nəsə deyə bilmərəm. Həmişə demişəm ki, Rumıniyada çalışmağı xoşlayıram.
- Sabiq klubunuz “Rapid”də isə indi böhran, narazılıqlar var…
- Bəli, bu çox pisdir. İki ay əvvəl də belə idi, işlər yaxşı getmirdi. Çətin dövrdən keçdim, amma komandanın tezliklə toparlanacağına inanıram.
- Qışda “Rapid”dən təklif gəlsə, cavabınız nə olar?
- Birincisi, “Neftçi”nin baş məşqçisiyəm və burada sahib olduqlarım məni daha çox maraqlandırır. “Rapid”in məşqçisi var, onunla uğur qazanacağını düşünürəm. Sadəcə onu deyə bilərəm ki, “Rapid”də yaxşı iş görmüşəm.
futbolinfo.az