
“Qarabağ”ın futbolçusu Kevin Medina əməliyyat olunub.
Sportliqa.az xəbər verir ki, bu barədə “Report”a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, sağ bud tendon vətəri qopan kolumbiyalı müdafiəçi bu gün Finlandiyada əməliyyat olunub. 30 yaşlı oyunçunun təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, Kevin Medina UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə “Molde” ilə keçirilən oyunun (2:2) ikinci hissəsində zədələnərək əvəzlənmişdi.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması