
Tofiq Bəhramov adına Respublika stadionunda dam örtüyünün bərpası zamanı yerə yıxılan, beton və oturacaqlara yıxılan fəhlənin durumu bəlli olub.
Sportliqa.az prosport.az-a istinadla xəbər verir ki, podratçı şirkətin işçisi olan şəxs Sulduz Şükürov olub. Onun həyatını xəstəxanada xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, stadion Gənclər və İdman Nazirliyinə məxsusdur. Bu arenaya iyulda yeni direktor – Tələt Məmmədov təyin olunub. Təhlükəsizliyin təmin edilməməsi və fəhlənin hündür yerdən yıxılması hüquq-mühafizə orqanlarının işidir.
Sabah burada UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turunun "Qarabağ" – "Hekken" (İsveç) görüşü keçiriləcək. Matç saat 21:45-də başlayacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması