"Qarabağ"ın futbolçusu Rahil Məmmədov milli komandada göstərdiyi performansı ilə xarici klubların diqqətini çəkib.
Sportliqa.az Sportal.az-a istinadən xəbər verir ki, müdafiəçiyə Türkiyədən təklif gəlib.
28 yaşlı futbolçuya birinci liqada mübarizə aparan iki komanda dəvət göndərib. Lakin Məmmədovun bu təklifdən imtina edərək "Qarabağ"da qalmaq istədiyi bildirilir.
Onun Azərbaycan çempionu ilə müqaviləsi mövsümün sonuna qədər qüvvədədir. Yaxın vaxtlarda tərəflər arasında müqavilə müddətinin artırılacağı gözlənilir.