Coy Lens Mikelsin ayrılığından sonra hücum xəttində problemlər yaşayan "Sabah" qış fasiləsində heyətini gücləndirmək istəyir.
Sportliqa.az-ın məlumatına əsasən, paytaxt təmsilçisinin maraqlandığı hücumçulardan biri İbrahima Vadjidir. Fransanın 2-ci liqa təmsilçisi "Sent-Etyen"də az-az oynayan seneqallı forvard ayrılığa müsbət yanaşır. "Sabah" yanvarda 28 yaşlı futbolçunu satın alma şərti ilə icarəyə götürməyə çalışacaq.
İbrahima Vadji 2022-ci ilin avqustunda "Qarabağ"dan "Sent Etyen"ə 1,6 milyon avro qarşılığında transfer olmuşdu.