
"Qarabağ"ın forvardı Juninyo Olavio Avropa klublarının maraq dairəsindədir.
Sportliqa.az Sportal.az-a istinadən xəbər verir ki, braziliyalı nümayiş etdirdiyi performans sayəsində Rusiyanın "Dinamo" klubunun da transfer siyahısına düşüb.
Moskva təmsilçisi Juninyonu "Qarabağ"a keçdikdən sonra izləməyə başlayıb. Xüsusən də, onun avrokuboklardakı oyunu "Dinamo"nun skautlarının diqqətini cəlb edib.
Juninyonun Ağdam təmsilçisi ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
Qeyd edək ki, “Dinamo” 32 xalla turnir cədvəlində üçüncü pillədədir.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması