"Qarabağ"da aparıcı simaya çevrilən Olavio Junior iddialı klubların hədəfinə düşüb.
Sportliqa.az Pressing.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçuya Rusiya, Norveç, İsveç və Qazaxıstan klubları maraq göstərir. Ağdam təmsilçisi 27 yaşlı hücumçunu 5 milyon avrodan aşağı satmaq fikrində deyil.
Juninyo bu mövsüm keçirdiyi 27 oyunda 15 qol vurub. "Qarabağ" Olavionu yayda Portuqaliya təmsilçisi "Şaviş"dən 450 min avroya transfer edib. Onun müqaviləsi 2026-cı il iyunun 30-u başa çatacaq.