"Turan Tovuz"un İdarə Heyətinin rəhbəri Ehtiram Quliyevin AFFA prezidentliyinə namizədliyini verəcəyi ilə bağlı iddialar var.
Sportliqa.az Sportal.az-a istinadən xəbər verir ki, klub rəhbəri bununla bağlı açıqlama verib. Premyer Liqanın 17-ci turunun "Zirə" ilə matçından (1:0) sonra danışan Quliyev iddiaları təkzib edib:
"Əsla. Mətbuatda yazılanları gülərək qarşıladım. Bizim namizədliyimiz müzakirə mövzusu ola bilməz. Çünki, vaxtımız yoxdur. AFFA prezidenti olmaq çox məsuliyyətli işdir. Elə məsuliyyətli işin altına girməyə hələ hazır deyiləm. "Turan Tovuz"u sevirəm. Bu sevgini heç bir şeyə dəyişmərəm. Hazırkı AFFA prezidenti Rövnəq Abdullayev namizədliyini irəli sürsə, onu dəstəkləyəcəm. Sürməsə, gənc namizədlərdən ölkə futboluna ziyan verməyəcək biri olsa, şərtləri müzakirə edib onu dəstəkləyəcəyik".