
"Neftçi"dən ayrılan Kenni Sayefin karyerasını "Zirə"də davam etdirəcəyi ilə bağlı iddialar var idi.
Sportliqa.az xəbər verir ki, qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov bununla bağlı açıqlama verib. O, 29 yaşlı vingerlə maraqlanmadıqlarını bildirib:
"Sayef hazırda bizim transfer siyahımızda yoxdur".
Qeyd edək ki, Kenni Sayef şəxsi səbəblərlə əlaqədar "Neftçi" ilə olan müqaviləsinə vaxtından əvvəl qarşılıqlı razılıq əsasında xitam verib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması