Yayda "Sabah"dan Səudiyyə Ərəbistanının "Əl Faysal" klubuna keçmiş Coy-Lens Mikels komandadan ayrılmağa hazırlaşır.
Sportliqa.az-ın əldə etdiyi məlumata əsasən, 29 yaşlı forvard agentinə yenidən Azərbaycana qayıtmaq fikrində olduğunu bildirib. Mikelsin müqaviləsi 2024-cü il iyunun 30-u başa çatacaq. Onun müqaviləsində +1 il şərti də yer alıb, lakin hücumçu klubdan ayrılmaq istəyindədir.
Coy-Lens Mikelsi agentlər "Neftçi"yə təklif etsələr də, "ağ-qaralar" bu transferə isti yanaşmayıb. "Neftçi"nin idman direktorları Cənubi Amerika bazarında axtarış etdiklərini bildiriblər.
Almaniya vətəndaşlığı olan Konqo əsilli hücumçu "Əl Faysal"da keçirdiyi 10 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.