"Qarabağ" Rusiyanın "Krasnodar" klubuyla Kadi Borgesin keçidi ilə bağlı danışıqlara başlayıb.
Sportliqa.az xəbər verir ki, Rusiya təmsilçisi bu keçid üçün 15 milyon avro təzminat istəyib. Çünki futbolçunun sərbəstqalma qiyməti müqavilənin şərtində bu rəqəmdir.
Bu səbəbdən, ağdamlılar braziliyalı vingeri mövsümün sonuna qədər icarəyə götürmək istəyir. Əgər danışıqlar uğurlu alınsa, "köhlən atlar" Kadinin maaşının 50 faizini qarşılamağa hazır olacaq.
Özünü Rusiyada xoşbəxt hiss etməyən Kadi Yuri Borges ötən həftələrdə Qurban Qurbanovla əlaqə saxlayaraq, "Qarabağ"a qayıtmaq istədiyini bildirmişdi.
Daşqın Əziz
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.