"Neftçi"dən ayrılan Kenni Sayef karyerasını Rumıniyada davam etdirə bilər.
Sportliqa.az xəbər verir ki, FCSB klubu amerikalı cinah oyunçusu ilə maraqlanır. Bu barədə "Prosport.ro" saytı məlumat yayıb. Xəbərdə Buxarest təmsilçisinin 30 yaşlı futbolçu ilə danışıqlara başladığı bildirilib.
Sayef 2022-ci ilin yayından "Neftçi"də forma geyinirdi. O, "ağ-qaralar"la 59 oyunda 10 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.