“Sumqayıt” Futbol Klubunun Azərbaycan Premyer Liqasının üçüncü dövrəsi üçün hazırlıq planları bəlli olub.
Sportliqa.az xəbər verir ki, omanda dekabrın 23-də baş tutacaq “Səbail”lə oyundan sonra istirahətə buraxılacaq.
Yeni ilin yanvar ayının 3-də Sumqayıtda toplaşacaq futbolçular hazırlıqlara doğma şəhərdə start verəcəklər. Üç gün davam edəcək məşqlərin ardınca komanda Türkiyənin Antalya şəhərinə yollanacaq.
Yanvarın 6-dan 17-dək Lara bölgəsində yerləşən “Concorde Deluxe” otelində məskunlaşacaq “Sumqayıt” bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. 8, 12 və 16 yanvar tarixlərində keçiriləcək qarşılaşmalarda rəqiblərin kimliyi barədə klubun rəsmi media hesablarında məlumat veriləcək.