Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK oyunundan (1:0) "atlılar"ın futbolçusu Yassin Benzia "FutbolPress"in suallarını cavablandırdı.
Sportliqa.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
- Oyunla bağlı fikirlərinizi bölüşərdiz...
- Çətin oyun oldu. Meydançanın durumu yaxşı deyildi, lakin buna baxmayaraq, qələbə qazandıq. Bu qalibiyyət bizim üçün çox vacib idi.
- MOİK-dən belə performans gözləyirdiz? Rəqibin çıxışını necə qiymətləndirirsiz?
- Çox yaxşı komandadır. Bu gün əla oyun sərgilədilər. Onlar əksərən süniörtüklü meydançada oynayırlar və ola bilsin ki, buna görə yaxşı mübarizə apardılar. Düşünürəm ki, "Qarabağ"la oyun MOİK üçün böyük təcrübə oldu.
- Qarşıdakı oyunlarınızı da Xankəndi şəhər stadionunda keçirmək istərdiz?
- Niyə də olmasın? Bu gün burada oynadığımız üçün çox xoşbəxtik. Azərbaycan xalqı, azarkeşlərimiz üçün yenidən burada oynamağa hazırıq.