Misli Premyer Liqasında 18-ci turun oyunlarının təyinatları açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, bu gün keçiriləcək “Qəbələ” – “Sabah” görüşünü FIFA referisi Əliyar Ağayev idarə edəcək.
“Zirə” ilə “Qarabağ” arasında baş tutacaq turun mərkəzi qarşılaşması isə Cavid Cəlilova həvalə edilib.
Misli Premyer Liqası
18-ci tur
22 dekabr
16:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu
23 dekabr
16:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mübarizə Hüseynov.
Tovuz şəhər stadionu