
"Neftçi"də növbəti ayrılıq gerçəkləşib.
Sportliqa.az Pressing.az-a istinadla xəbər verir ki, paytaxt klubunun kommersiya direktoru Rüstəm Allahverdiyev vəzifəsindən azad edilib.
Bununla bağlı ictimaiyyətə yaxın zamanlarda məlumat veriləcəyi gözlənilir.
Xatırladaq ki, Allahverdiyev 2018-ci ildən "Neftçi"də çalışırdı. O, ilk olaraq media və marketinq departamentinin rəhbəri, bu ilin yayında klubda olan struktur dəyişikliklərindən sonra isə kommersiya direktoru idi.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması