"Qarabağ"ın futbolçusu "Kəpəz"ə keçə bilər
22 Dekabr 2023 13:42
“Qarabağ”ın yarımmüdafiəçisi Nihad Quliyev qışdan sonra Premyer Liqanın digər klubunda oynaya bilər.
Sportliqa.az Sportal.az-a istinadən xəbər verir ki, futbolçu daha çox şans tapmaq üçün gələn təklifləri dəyərləndirmək fikrindədir.
Onun xidmətində maraqlı olan əsas komanda “Kəpəz”dir. Gəncə təmsilçisi Quliyevi ən azından mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır.
Quliyev ötən mövsümü də icarə əsasında "Şamaxı"da keçirmişdi.