Tovuzda şok hadisə: oyun zamanı işıq dirəyi aşdı
23 Dekabr 2023 21:05
Premyer Liqanın 18-ci turunun Tovuzda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu yarıda qalıb.
Sportliqa.az xəbər verir ki, buna qarşılaşmanın sonlarında Tovuz şəhər stadionunun işıq dirəklərindən birinin qırılaraq meydana aşması səbəb olub.
Buna Tovuzda əsən güclü külək səbəb olub. Təbii fəlakət səbəbindən hakimlər oyunu davam etdirməyiblər. Komandalar palyardəyişmə otağına göndəriliblər.
Qeyd edək ki, hadisə baş verərkən “Turan Tovuz” hesabda 2:1 hesabıyla öndə olub.