"Neftçi" ötən Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində doğma divarlar arasında "Kəpəz"ə 2:0 hesabıyla qalib gəlib.
"Ağ-qaralar"ın yarımmüdafiəçisi Rəhman Hacıyev matçdan sonra Sportliqa.az-ın suallarını cavablandırıb.
"Heç bir oyun asan deyil. Heç bir rəqibi özümüzdən aşağı və ya üstün tutmuruq. Bütün oyunlara qələbə üçün çıxırıq. Çox xal itirmişik və bütün oyunlar bizim üçün çox vacibdir, ona görə hər bir oyuna xal üçün çıxırıq. İstirahətə çox yaxşı gedirik, çünki 3-cü yerə qalxırıq. 2-ci yerlə də xal fərqimiz çox da deyil. Komandaya, özümə güvənirəm. İnşallah, çox yaxşı bir toplanış keçirəcəyik. İkinci dövrdə yaxşı oyun keçirəcəyimizə inanıram".
"Rahat deməzdim, çünki rahat oyun yoxdur. Sadəcə yaxşı oynaya bilərik, imkan düşdükcə onu dəyərləndiririk. O da asan görünə bilər, amma belə deyil".
"Bu, futboldur. Belə şeylər baş verə bilər. Adrian Mutu insan kimi çox yaxşı insandır. Məşqçi kimi isə yaxşı cəhətləri olsa da, pis cəhətləri olsa da qərarı klub verir, biz də hörmətlə yanaşmaq məcburiyyətindəyik. Kim gəldi, kim getdi onun fərqi yoxdur. Biz peşəkar futbolçu olaraq bizim işimiz meydanda verilən tapşırıqları yerinə yetirməkdir. O barədə biz elə də fikir etməli deyilik".
Daşqın Əziz