"Neftçi" qış transfer pəncərəsində heyətini yeni futbolçuyla gücləndirə bilər.
Sportliqa.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" Qazaxıstanın "Astana" klubunun mərkəz yarımmüdafiəçisi Maks Ebonqla maraqlanır. Dekabrın 31-də "Astana" ilə müqaviləsinin müddəti başa çatacaq Kamerun əsilli belaruslu futbolçuya bir neçə klubdan təklif var. Həmin klublardan biri də "Neftçi"dir.
24 yaşlı Ebonq dekabrın 31-də azad agent statusuna yiyələnəcək.
Bildirək ki, bu mövsüm 19 oyunda meydana çıxan futbolçu iki məhsuldar ötürmə ilə yadda qalıb.
Daşqın Əziz