Rusiya millisinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov “Qarabağ”ın qapıçısı Andrey Lunyov barədə danışıb.
Sportliqa.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsində ən çox qurtarış edən 3 qapıçıdan biri olan təcrübəli qapıçı ilə bağlı bunları deyib:
“Bayer”dən ayrıldıqdan sonra Lunyova top-klubda iki il ərzində topladığı bacarıq və qabiliyyətlərini reallaşdıra biləcəyi komanda lazım idi. İlk növbədə avrokuboklarda çıxış edən kollektiv olmalı idi. “Qarabağ” məhz bu məqamda Andreyə lazım olan komanda oldu. “Qarabağ” problemlərini həll etmək üçün axtardığı qapıçını tapıb. “Qarabağ”ın həm ölkə çempionatında, həm də Avropa Liqasında qələbə qazandığı bütün oyunlarda Lunyovun komandaya köməyi dəydi”.
32 yaşlı qapıçı mövsümün əvvəlində Ağdam təmsilçisi ilə 1 illik müqavilə imzalamışdı.