Apellyasiya Arbitraj Tribunalının 2023-cü il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş iclası keçirilib.
Sportliqa.az ilin son iclasında qəbul olunmuş qərarları nəzərinizə çatdırır:
1. “Baku Sportinq” klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. AFFA U-13 Liqasında iştirak edən “Baku Sportinq” komandasının heyətində yer alan doqquz nömrəli futbolçu Roman Bayandurov adından lisenziyası olmayan Əli Hüseynov adlı şəxs mötərizədə qeyd edilən oyunlarda (I tur “Baku Sportinq” – “Zirə” PFK (2:1), II tur “Modern FC” – “Baku Sportinq” (1:5), III tur “Baku Sportinq” – “Fənər Bakı” (8:1), IV tur EFA – “Baku Sportinq” (2:4), V tur “Baku Sportinq” – ROFM (0:0), VI tur “Zəngəzur” FK – “Baku Sportinq” (2:1), VII tur “Baku Sportinq” – “Xəzər Baku” (5:0), VIII tur “Neftçi” PFK – “Baku Sportinq” (2:2), IX tur “Baku Sportinq” – “Xəzri Buzovna” (6:1)) iştirak etdiyinə görə “Baku Sportinq” komandasına həmin oyunlarda 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə İntizam Komitəsinin 13 dekabr 2023-cü il tarixli qərarı qüvvədə qalsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin
4. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.
1. İddiaçının nümayəndəsi Elcan Həsənli tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
2. “İddiaçı Tural Bayramlının cavabdeh “Səbail” Peşəkar Futbol Klubuna qarşı “kompensasiya” tələbinə dair” iş üzrə Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən 12 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin.
3. Cavabdeh “Səbail” Peşəkar Futbol Klubundan iddiaçı Tural Bayramlının xeyrinə ikinciyə dəymiş zərərin əvəzi olaraq 70.000 (yetmiş min) AZN məbləğində pul tutulsun.
4. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin
6. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.
1. “Baku Sportinq” klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
2. 10.12.2023-cü il tarixdə AFFA U-17 Qızlar liqası çərçivəsində keçirilən “Sumqayıt” – “Baku Sportinq” oyununun 41-ci dəqiqəsində “Bakı Sportinq” klubunun komandasının baş məşqçisi Aliyə Vəliyeva köməkçi hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalandırılmasına görə onun 5 oyun cəzalanması (maddə 43.4) barədə İntizam Komitəsinin 13 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilsin.
3. Baş məşqçi Aliyə Vəliyevaya təyin olunan cəzanın bir hissəsi icra edilərək sonuncunun müvafiq liqada 1 oyun buraxması, digər 4 oyunluq cəzasının isə ödənilməmiş qalması nəzərə alınaraq, İntizam Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən ödənilməmiş 4 oyun cəzası şərti tətbiq edilsin.
4. Şərti cəzanın tətbiqi üçün 3 ay sınaq müddəti təyin edilsin. Sınaq müddətinin başlanğıcı ilkin cəzanın çəkildiyi 24 dekabr 2023-cü il tarixdən etibarən müəyyən edilsin.
5. İntizam Komitəsinin qərarı qalan hissədə qüvvədə saxlanılsın.
6. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
7. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin
8. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.