"Qarabağ"ın aparıcı üzvlərindən birinə çevrilmiş Yassin Benziaya ölkə xaricindən təklif gəlib.
Sportliqa.az Apasport.az saytına istinadən xəbər verir ki, əlcəzairli oyunçu ərəb klublarından, daha dəqiq desək, Səudiyyə Ərəbistanı komandalarından təkliflər alıb.
Gələn təkliflər xeyli cəlbedici olub. Amma 29 yaşlı futbolçu "Qarabağ"ı tərk etmək istəməyib. O, Qurban Qurbanova görə belə qərar verib.
Yarımmüdafiəçi 51 yaşlı mütəxəssislə işləməyə davam etmək üçün "Qarabağ"da qalıb.
Qeyd edək ki, Benzianın Ağdam klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. O, Azərbaycana gələnə qədər "Lion", "Lill", "Fənərbağça", "Olimpiakos", "Dijon", "Hatayspor" klublarında oynayıb.