"Qəbələ"nin futbolçusu Samuel Tetteh atdığı təpiyin "bəlasına düşüb".
Sportliqa.az Pressing.az-a istinadən xəbər verir ki, legioner futbolçu bu ay maaşının yarısını almayacaq.
Buna səbəb qanalı hücumçunun "Səbail"lə səfərdə keçirilən oyunda (0:3) rəqib futbolçuya təpik atıb, qırmızı vərəqə alaraq komandasını pis vəziyyətdə qoymasıdır.
Klub rəhbərliyi buna görə Tettehə cəza kəsib.
Belə ki, o, nə az, nə çox - 5 min dollar məbləğində cərimələnib.