"Qarabağ"ın qolkiperi Andrey Lunyovun Rusiya Premyer Liqa klublarından "Rubin"dən təklif aldığı xəbərləri yayılıb.
Sportliqa.az xəbər verir ki, Ağdam klubunun baş direktoru Asif Əsgərov məsələ ilə bağlı "Спорт-Экспресс"ə bunları deyib:
"Rubin" Lunyova görə bizə müraciət etməyib. Andrey bizim qapıçımızdır. Onu buraxmağı planlaşdırmırıq".
Qeyd edək ki, rusiyalı qolkiperin "Qarabağ"la müqaviləsi mövsüm sonunda başa çatır. Amma Ağdam klubu onunla müqavilə müddətini bir illik artıra bilər.