“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına müsahibə verib.
Sportliqa.az xəbər verir ki, 31 yaşlı qolkiper “RB Sport”a müsahibəsində Azərbaycan çempionatının səviyyəsi haqda danışıb. Rus futbolçu “Qarabağ”ın Rusiya çempionatında yüksək yerlər uğrunda mübarizə apara biləcək gücdə olduğunu deyib:
“Komandaya qoşulanda mənə dedilər ki, əsl futbol avrokuboklarda başlayır. Amma bu, məni yaxşı mənada təəccübləndirdi. Liqada bütün komandalar müasir futbol oynamağa, təzyiqdən çıxmağa, təzyiq yaratmağa çalışırlar. İndi hər şey dəyişir, çempionatın səviyyəsi yüksəlir. Oyun keyfiyyətinə görə müqayisə etmək çətindir. Yalnız onu deyə bilərəm ki, Rusiyada “Qarabağ” liderlərdən biri olardı və yüksək yerlər uğrunda mübarizə aparardı”.