Türkiyənin "Adana Demirspor" klubunda çıxış edən Şahruddin Məhəmmədəliyev karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
Belə ki, Super Liqa təmsilçisində maliyyə böhranı yaşandığından, Məhəmmədəliyev 4 aydır ki, maaş ala bilmir. Bu durum onu qane etmədiyi üçün 29 yaşlı "əlcək sahibi" mövsümün sonunda ayrılıq barədə düşünməyə başlayıb.
Sportliqa.az Pressing.az-a istinadən xəbər verir ki, qapı mövqeyini gücləndirmək istəyən "Sabah" klubu Şahruddinin keçidində maraqlıdır. Murad Musayev həm xarakteri, həm də liderlik keyfiyyəti olan qolkiperi çox bəyənir.
Bizdə olan digər informasiyaya görə, Şahruddin Rusiyada klub axtarır. Onun Avropaya yollanmaq ehtimalı da var. Amma millimizin üzvünü "Sabah"da da görə bilərik. Lakin futbolçunun yüksək əməkhaqqı istəyi bu keçidə əngəl ola bilər.