"Sabah" klubu heyətini yeni futbolçuyla gücləndirmək istəyir.
Sportliqa.az Pressing.az-a itinadən xəbər verir ki, Masazır təmsilçisi Fransanın "Sent-Etyen" klubunun mərkəz hücumçusu İbrahima Vaci ilə yaxından maraqlanır. "Bayquşlar" 28 yaşlı forvardı qış "transfer pəncərəsi"ndə icarə əsasında sıralarına qatmaq niyyətindədir.
Ölkəmiz seneqallı futbolçuya yad deyil. Bir neçə il əvvəl "Qarabağ"ın uğurları üçün çalışan Vaci də Azərbaycana qayıtmaq variantını nəzərdən keçirir.
Gözlənilən odur ki, seneqallı Azərbaycan Premyer Liqasında top qovmağa razılıq verəcək.
Bildirək ki, Vaci 2022-ci ilin avqustunda "Qarabağ"dan "Sent Etyen"ə 1,6 milyon avro qarşılığında transfer olunmuşdu.