Rusiyanın "Krasnodar" klubunun vingeri Kadi Borges iş yerini dəyişmək istəyir.
Buna səbəb braziliyalı futbolçunun daha çox oynamaq istəməsidir. Rusiya təmsilçisinin heyətində az oyun keçirən "sambaçı" "Krasnodar"ın sıralarını tərk etmək istəyir.
27 yaşlı oyunçu ilə 3 klub yaxından maraqlanır. Bunlar PAOK (Yunanıstan), "Ferentsvaroş" (Macarıstan) və "Qarabağ"dır.
Fəqət Rusiya klubu Kadinin transferi üçün böyük məbləğdə təzminat tələb edir. Onun icarə haqqı isə 1 milyon avrodur.
Pressing.az-a daxil olan informasiyaya görə, məbləğ yüksək olduğundan, Ağdam təmsilçisi sabiq futbolçusunu rənglərinə bağlaya bilmir.
Qeyd edək ki, braziliyalının "Krasnodar"la 2026-cı ilin 30 iyununadək müqaviləsi var.