"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib.
Sportliqa.az xəbər verir ki, Gəncə təmsilçisi "Səbail"dən Amil Yunanov icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hücumçu mövqeyində oynayan Yunanov mövsümün sonuna kimi "sarı-göylər"in heyətində çıxış edəcək.
Qeyd edək ki, Amil Yunanov bu mövsüm "Səbail"in heyətində meydana çıxdığı 14 rəsmi matçda 4 qol vurub.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.