"Neftçi"də "təmizləmə işləri" aparılacaq.
Sportliqa.az xəbər verir ki, "ağ-qaralar"ın yeni baş məşqçisi Miodraq Bojoviç bir neçə futbolçunun komandadan göndərilməsini istəyir. Maraqlıdır ki, bunlar "Neftç"inin hücumçuları - Aaron Olanare, Yeqor Boqomolski və Lukas Melanodur.
Monteneqrolu mütəxəssisin tələbi ilə hücum xəttinə yeni futbolçu transfer ediləcək.
Üstəlik,monteneqrolu çalışdırıcı hücumun sağ cinahı və müdafiə xəttinin də gücləndirilməsini vacib sayıb və transferlər tələb edib. Bojoviç bildirib ki, yeni transferlər olmasa, səviyyəli yerlilər alınmasa, ilk 3-lük uğrunda mübarizə aparmaq çox çətin olacaq.
Daşqın Əziz