Ukrayna millisinin sabiq futbolçusu Yevgeni Konoplyanka ilə maraqlanan Azərbaycan klubu müəyyənləşib.
Sportliqa.az Futbolinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqanın gümüş mükafatçısı “Sabah” 34 yaşlı hücumçunu heyətinə cəlb etmək fikrindədir.
Bakı klubu forvardla anlaşa bilsə, keçid pulsuz başa gələcək. Çünki Rumıniya klubu ÇFR-dən yenicə ayrılan futbolçu azad agent statusu daşıyır. Ancaq bu mübarizədə “Sabah” tək deyil. Çünki Qazaxıstan, Çin, İndoneziya, və Ukrayna klubları da ona təklif göndəriblər.
Qeyd edək ki, Yevgeni Konoplyanka karyerası ərzində “Sevilya” və “Şalke” kimi klubların da formasını geyinib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.