
Mövsümün ikinci yarısına hazırlaşan "Neftçi"də ayrılıq gerçəkləşib.
Sportliqa.az xəbər verir ki, paytaxt təmsilçisi Aaron Olanare ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Nigeriyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsazında xitam verib.
Qeyd edək ki, Aaron Olanare mövsümün ilk yarısını "Neftçi"də keçirib. 29 yaşlı forvard "ağ-qaralar"ın heyətində meydana çıxdığı 15 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması