Azərbaycan millisinin “Dinamo”da (Zaqreb, Xorvatiya) oynayan üzvü Mahir Emreli zədələnib.
Sportliqa.az xəbər verir ki, 26 yaşlı hücumçu Zaqreb təmsilçisinin heyətində “Roqaşka”ya (Sloveniya) qarşı yoxlama oyununda (1:0) sıradan çıxıb. O, matçın 60-cı dəqiqəsində əvəzlənib.
Komandanın baş məşqçi Sergey Yakiroviç oyundan sonra açıqlamasında forvardın dirsək və bud nahiyəsində ağrılarının olduğunu və onun zədəsinin ciddi olduğunu bildirib. Emreli buna görə də uzun müddət komandadan kənarda qalacaq.
Mahirin son durumuna MRT müayinəsindən sonra aydınlıq gələcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.