2023/24 mövsümünün 2023-cü il baş tutan ən məhsuldar oyunlarında 10 qol vurulub.
Sportliqa.az xəbər verir ki, Azərbaycan Kubokunun “İrəvan” – “Araz-Naxçıvan” və 2-ci Liqanın “Göygöl” – “Şəmkir” matçlarının hər ikisində 8:2 hesabı qeydə alınıb. Kubokda qonaqlar, aşağı liqada meydan sahibləri qalib gəliblər.
İki dəfə 9 qol vurulub. Bu qarşılaşmalar Əvəzedicilər liqası və 2-ci Liqada baş tutub. 10 oyun isə 8 qolla yekunlaşıb. Ümumilikdə, 14 dəfə ən azı 8 top vurulub.
Misli Premyer Liqasının ən məhsuldar matçında “Qarabağ” “Kəpəz”i 7:1 hesabı ilə üstələyib. 2023/24 mövsümünün ən azı 8 qol vurulan oyunların 1-i Premyer Liqa, 1-i ölkə kuboku, 1-i 1-ci Liqa, 3-cü Əvəzedicilər liqası, 8-i 2-ci Liqaya təsadüf edib.
8 və daha çox qolun vurulduğu oyunlar:
14.11.2023. 2L. Göygöl - Şəmkir - 8:2
19.12.2023. AK. İrəvan – Araz-Naxçıvan - 2:8
25.09.2023. 2L. Kür-Araz - Kürmük Qax - 6:3
06.11.2023. 2L. Şahdağ Qusar - Dinamo - 9:0
13.08.2023. ƏL. Araz-Naxçıvan - Qəbələ - 2:6
11.09.2023. 2L. Qusar - Şəmkir - 7:1
21.09.2023. 1L. Şamaxı - Araz Saatlı - 8:0
01.10.2023. ƏL. Turan Tovuz - Neftçi - 0:8
24.10.2023. 2L. Şəfa - Cəbrayıl - 2:6
31.10.2023. 2L. Cəbrayıl - Ağdaş - 5:3
04.11.2023. MPL. Qarabağ - Kəpəz - 7:1
27.11.2023. ƏL. Neftçi - Araz-Naxçıvan - 8:0
05.12.2023. 2L. Kür-Araz - Lerik - 7:2
15.12.2023. 2L. Lerik - Dinamo - 4:4
MPL – Misli Premyer Liqası, AK – Azərbaycan kuboku, ƏL – Əvəzedicilər liqası, 1L – 1-ci Liqa, 2L – 2-ci Liqa