“Zirə”dən “Radniçki”yə keçdi
09 Yanvar 2024 11:06
“Zirə”dən ayrılan Andriya Lukoviçin yeni iş yeri məlum olub. 29 yaşlı yarımmüdafiəçi Serbiyanın “Radniçki” klubuna keçib.
Lukoviçlə müqavilənin detalları açıqlanmır.
Andriya 2022-ci ilin avqustundan 2024-cü ilin yanvarına qədər “Zirə”nin formasını geyinib. Serbiyalı futbolçu qəsəbə təmsilçisində 38 oyuna çıxmışdı.