“Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinin düşərgəsində zədələnib.
Sportliqa.az xəbər verir ki, bu barədə Kabo-Verde Futbol Federasiyası məlumat yayıb.
Belindəki ağrılar səbəbindən Andrade millidə ardıcıl iki məşqi buraxıb.
Kabo-Verde yığması bu gün Tunislə yoldaşlıq oyunu keçirəcək.
Andradenin komandası yanvarın 15-də Afrika Millətlər Kubokunda ilk oyununa çıxacaq. Rəqib isə Qana yığması olacaq.