"Adana Dəmirspor"dan ayrılan Mario Balotelli Azərbaycandan təklif alıb.
Sportliqa.az xəbər verir ki, bu barədə İtaliya millisinin keçmiş hücumçusunun agenti Enzo Rayola "mediagol"a açıqlamasında deyib: "Çoxları bizimlə əlaqə qurur. Mario Balotelli İtaliyaya qayıtmaq fikrindədir. Bizə İsrail, Azərbaycan, Argentina, Braziliya və Çindən təkliflər gəlir".
33 yaşlı futbolçu hazırda azad agent statusu daşıyır.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.