Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını Türkiyədə davam etdirəcək.
Sportliqa.az xəbər verir ki, Tailandın “Buriram Yunayted” klubunda çıxış edən 27 yaşlı futbolçu “Kocaelispor”la anlaşıb. O, TFF I Liqa təmsilçisi ilə 1,5 illik müqavilə bağlayıb. Transferin tezliklə açıqlanacağı bildirilir.
Ramil Şeydayev 2016-2018-ci illərdə Türkiyədə “Trabzonspor”un formasını geyinib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.