"Qarabağ"ın futbolçusu Leandro Andrade komandadan ayrıla bilər.
Sportliqa.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin karyerasını Çində davam etdirmək ehtimalı var. Bu barədə "Record" nəşri məlumat yayıb.
Kabo-verdeli futbolçunun xidmətində "Şanxay Şenxua" maraqlıdır. "Qarabağ"la Çin klubu arasında danışıqlar davam edir.
Qeyd edək ki, "Qarabağ" Leandro Andradeni 2022-ci ilin yanvar ayında Bolqarıstanın "Çerno More" klubundan transfer edib. O, cari mövsümdə Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.