Türkiyənin “Kocaelispor” klubunun prezidenti Engin Koyun açıqlama verib.
Sportliqa.az xəbər verir ki, TFF I Liqasında çıxış edən klubun rəhbəri Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin transferindən danışıb: “Ramil Şeydayevlə anlaşdıq. O, Tailand təmsilçisi “Buriram Yunayted”lə müqaviləsinə xitam verəcək. Şeydayevlə müqavilənin müddəti 1,5 illik olacaq. O, sabah müqavilə imzalayacaq”.
“Kocaelispor” 17 turdan sonra 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Şeydayev 2023-cü ilin iyununda "Qarabağ"dan Tailand klubuna keçmişdi.