Mövsümün ikinci yarısına hazırlıqlarını Antalyada davam etdirən “Sumqayıt” klubu bu gün ilk yoxlama oyununa çıxacaq.
Sportliqa.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi Rumıniyanın “Hermanştadt” klubu ilə qarşılaşacaq. Görüşə Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
“Hermanştadt” hazıda Rumıniyanın yüksək liqasında 21 turdan sonra 29 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Sumqayıt” yanvarın 16-da Özbəkistanın “Soqdiana” komandası ilə də üz-üzə gələcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.