"Qarabağ" sıralarını yeni futbolçu ilə gücləndirə bilər.
Sportliqa.az xəbər verir ki, Ağdam təmsilçisi "Sabah"ın sabiq vingeri Oleksey Kaşuku rənglərinə bağlamaq niyyətindədir.
Belə ki, hücumameyilli yarımmüdafiəçisi Leandro Andradeni Çinin "Şanxay Şenxua" klubuna satmağı düşünən "köhlən atlar" onun əvəzinə 23 yaşlı ukraynalı istedadı transfer etməyi hədəfləyir.
Lakin "Şaxtyor"(Donetsk) Kaşuku 5 milyon avrodan aşağı satmağı düşünmür.
Andradeni Asiya təmsilçisinə 3-5 milyon avro aralığında satmağı planlaşdıran ağdamlılar bu transfer üçün səylərini davam etdirəcək.
Bildirək ki, "Qarabağ" ukraynalı oyunçuya Azərbaycanda top qovduğu müddətdə də "elçi düşmüşdü".
Kaşukun Ukrayna təmsilçisi ilə bu ilin 30 iyununadək müqaviləsi mövcuddur.
Mənbə: Pressing.az