Mövsümün ikinci yarısına hazırlıqlarını Antalyada davam etdirən “Sumqayıt” klubu bu gün ilk yoxlama oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, "kimyaçılar" Rumıniya təmsilçisi “Hermanştadt” ilə qarşılaşıb. Görüş "Hermanştadt"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Hermanştadt” hazıda Rumıniyanın yüksək liqasında 21 turdan sonra 29 xalla 7-ci pillədə qərarlaşıb.
Əlavə edək ki, “Sumqayıt” yanvarın 16-da Özbəkistanın “Soqdiana” komandası ilə də üz-üzə gələcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.