"Çox çətin oyun oldu. Əslində, belə də gözləyirdik. Yanvarın 3-dən bəri fasiləsiz məşq edirik. Cədvəlimiz çox sıxdır".
Sportliqa.az xəbər verir ki, bu fikirləri "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov Antalyadakı təlim-məşq toplanışları çərçivəsində Rumıniyanın "Hermanştadt" komandasına 0:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra səsləndirib.
O, görüş haqqında bunları söyləyib: "Uşaqlar mənim tapşırıqlarıma əsasən əllərindən gələni etməyə çalışdılar. Bu, mövsümün ikinci yarısına hazırlıqdır. Belə yükləmələrin fonunda bu oyun bizə lazım idi. Komandanı bu şəraitdə də görmək vacibdir. Nəticə məyusedici olsa da, yoldaşlıq oyunudur. Bu oyunu diqqətlə təhlil edəcəyik. Nəticə üzərində dayanmayacağıq, daha çox vacib matçlarda bugünkü səhvlərimizin qarşısını almaq üçün meydanda nə edə biləcəyimizi qeyd edəcəyik".
Əlavə edək ki, “Sumqayıt” yanvarın 16-da Özbəkistanın “Soqdiana” komandası ilə də qarşılaşacaq.