"Qarabağ"ın Ukraynanın "Şaxtyor" klubunun sağ cinah vingeri Oleksey Kaşuku transfer etmək istəməsi barədə məlumat yayılıb.
Sportliqa.az xəbər verir ki, Ağdam təmsilçisi hücumameyilli yarımmüdafiəçisi Leandro Andradenin mümkün gedişini düşünərək, ukraynalını sıralarına qatmaq niyyətindədir.
Pressing.az-a daxil olan informasiyaya görə, "köhlən atlar" 23 yaşlı futbolçu üçün Donetsk təmsilçisi ilə danışıqları sürətləndirib.
Danışıqlar müsbət nəticələnməsə, "Qarabağ"ın B planı da var. Belə ki, ağdamlılar onun əvəzinə hazırda "Krasnodar"da çıxış edən sabiq futbolçusu Kadi Borgesi icarəyə götürmək variantını da nəzərdən keçirir.
Qeyd edək ki, Oleksey Kaşuk 2022/23 mövsümündə "Sabah"ın uğurları üçün çalışıb.