"Neftçi" klubu Antalyada təlim-məşq toplanışını davam etdirir.
Sportliqa.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununu keçirib. Miodraq Bojoviçin baş məşqçilik etdiyi komanda Almaniya 3-cü Bundesliqa təmsilçisi “Valdhof”la qarşılaşıb və 0:3 hesabı ilə uduzub.
"Valdhof" Almaniya 3-cü liqasının turnir cədvəlində 20 xalla 16-cıdır.
Qeyd edək ki, "Neftçi" ilk yoxlama oyununda “Erzurumspor”a (Türkiyə) 1:3 hesabı ilə uduzub.