"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Antalyada təlim-məşq toplanışı çərçivəsində Almaniya 3-cü Bundesliqa təmsilçisi “Valdhof”a 0:3 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bildirib.
Sportliqa.az xəbər verir ki, o, klubun telekanalına açıqlamasında deyib:
"Çoxlu fiziki yüklənmə var idi. Hazırlıq baxımından ümumi danışsaq, düşünürəm ki, yaxşı təlim-məşq toplanışı oldu. Amma yoldaşlıq oyununda pis oynayaraq uduzduq. Futbolçuların performansından razıyam. Çox çalışırdılar, yaxşı işləyirdilər. Ancaq yorğunluq var. Bu da oyunda özünü əks etdirir və futbolçular fərdi səhvlər, top itkiləri edirlər".